Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış edib.
F.Şəfiyev ölkəmizdəki investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə iştirak edən bir sıra kanadalı işgüzar adamlar Azərbaycanla biznes əlaqələri və ölkədə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələrini ilə bölüşüblər. Onlar ölkəmizin iqtisadi sahədə böyük potensiala malik olduğunu bildirərək, Kanada şirkətlərini respublikamızın iqtisadi həyatında iştirak etməyə çağırıblar.
Səfir F.Şəfiyev tədbirdə iştirak edən şəxslərin suallarını da cavablandırıb.