İsveçrə prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyun 2014 10:56 (UTC +04:00)

İsveçrə prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olub. Lent.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.


Prezident İlham Əliyev D. Burkhalteri qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İsveçrə prezidentinə raport verib. İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


İsveçrə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.


Prezidentlər rəsmi foto çəkiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar