İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter iyunun 1-də Azərbaycana rəsmi səfərə gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsveçrə Konfederasiyasının prezidenti D.Burkhalteri hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.