İstanbulda korrupsiyaya qarşı mübarizə müzakirə olunacaq
12 dekabr 2013 19:36 (UTC +04:00)

İstanbulda korrupsiyaya qarşı mübarizə müzakirə olunacaq

Dekabrın 13-14-də İstanbulda keçiriləcək “Hasilat sənayesində parlamentarilərin rolu” mövzusunda regional seminarında iştirak etmək üçün Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Rasim Musabəyov Türkiyəyə gedəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaqlar.

 

Seminarda neft, qaz və mədən sahələrində qanun yaradıcılığı və onun tətbiqinə cəlb olunmuş parlament üzvləri arasında təcrübə mübadiləsi aparılacaq, parlamentlərin bu prosesə cəlb olunması imkanları dəyərləndiriləcək. Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar