İsa Qəmbərin bəyanatının Ərdoğanın rəsmi səhifəsində yerləşdirilməsi yalan çıxdı
04 aprel 2013 17:37 (UTC +04:00)

İsa Qəmbərin bəyanatının Ərdoğanın rəsmi səhifəsində yerləşdirilməsi yalan çıxdı

0

Müsavat başqanı İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Facebook”-dakı rəsmi səhifəsində yerləşdirildiyi barədə yayılan məlumat yalan çıxıb.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, səfirlik Türkiyə baş  nazirinin Aparatı və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırıb.

 

Məlum olub ki, Rəcəb Tayyib Ərdoğanın “Facebook” və “Twitter” sosial şəbəkələrində səhifələri yoxdur. İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların yer aldığı “Facebook” səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub.

 

 

Əlavə olaraq, Baş Nazir Aparatından Səfirliyimizə, R. T. Ərdoğanın özünün də çox sayda “Recep Tayyip Erdoğan” adında saxta “Facebook” internet səhifələrindən narahat olduğu və bunların tədqiq olunaraq cəzalandırılmasına dair göstəriş verdiyi bildirilib. 

 

Qeyd edək ki, “musavat.com” saytı Rəcəb Tayyib Ərdoğanın “Facebook”-dakı rəsmi səhifəsində İsa Qəmbərin bəyanatına yer verildiyi barədə məlumat yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar