İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ermənistanlı həmkarı Edvard Nalbandyan arasında görüş başa çatıb.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in saytında nazirin çıxışı yerləşdirilib.
Mənbə bildirib ki, görüş bir saatdan çox sürüb.
Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin başçısı Tiqran Balayan görüşün təfərrüatlarına dair açıqlama verməyib. O, görüş haqda ətraflı məlumat nazirliyin pres relizində açıqlanacağını deyib.
Qeyd edək ki, Türkiyə və Ermənistan XİN rəhbərləri də görüşdən sonra jurnalistlərə heç bir şərh verməyiblər.