Avqustun 1-də Uluslararası Güney Azərbaycan Konseyi Bakının “Rich House” restoranında “Təbriz gecəsi” tədbiri keçirib. Tədbir İranda 20 gün davam edən ölüm aclığı keçirən 5 siyasi fəala dəstək məqsədi daşıyıb.
Konseyin Təşkilat məsulu Mərdan Seyidbəyli aksiyanın İran rejimi tərəfindən qanunsuz həbsə atılan və ölüm aclığı keçirən həmvətənlərimizlə həmrəylik daşıdığını qeyd edib. Bu cür aksiyaların davamlı keçiriləcəyini bildirən M.Seyidbəyli dünyanın bütün sivil ölkələrində yaşayan həmvətənlərimizi İranda tüğyan edən haqsızlığa qarşı haqq səslərini qaldırmağa çağırıb.
“Təbriz gecəsi” tədbirinə Amerika, İsrail, Kanada, İngiltərə, Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz qatılıb. Tədbirin rəsmi hissəsindən sonra “Savalan” qrupu konsert proqramı ilə çıxış edib.