Lent.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə,qətnamənin mətnində, Azərbaycanın müstəqillik əldə etdikdən sonra, 21 il ərzində ABŞ-ın həm regional, həm də qlobal arenada önəmli strateji tərəfdaşına çevrildiyi, ölkəmizdə 100-dən artıq amerikan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilir.
Həmçinin, Azərbaycanın Şərqi Avropada ABŞ-ın ən önəmli müttəfiqlərindən biri olduğu, NATO-nun Əfqanıstanda apardığı “Terrorizmə qarşı müharibə” əməliyyatında Amerikanın sadiq dəstəkçisi olduğu bildirilir.