“Ukrayna ilə əlaqələr bundan sonra da genişlənəcək”
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkoya təbrik teleqramı göndərib: Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab prezident, Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram”.