İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib
21 noyabr 2014 16:15 (UTC +04:00)

İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, Azərbaycan Prezidentinin konfransa ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.


Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar