İlham Əliyev Azərbaycan- Türkiyə hökumətlərarası Anlaşma Memorandumunu təsdiq edib
24 iyul 2013 20:11 (UTC +04:00)

İlham Əliyev Azərbaycan- Türkiyə hökumətlərarası Anlaşma Memorandumunu təsdiq edib

Prezident İlham Əliyev 2013-cü il iyulun 4-də Bakıda və iyulun 6-da Ankarada imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu»nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, bu fərmanla Azərbaycan Müdafiə Nazirliyinə göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin olunması, Azərbaycan Xarici İşlər Nazirliyinə isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Türkiyə hökumətini xəbərdar etməsi tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar