İbrahim İbrahimli Naxçıvanda döyüldüyünü deyir
06 aprel 2013 18:22 (UTC +04:00)

İbrahim İbrahimli Naxçıvanda döyüldüyünü deyir

0

İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli Naxçıvanda döyülüb.

 

Musavat.com-un məlumatına görə, İ. İbrahimli dünyasını dəyişmiş bacısı oğlunun yas mərasimində iştirak etmək üçün Naxçıvana gedib.

 

Məlumata görə, yas çadırında İ. İbrahimli ilə bir neçə nəfər arasında mübahisə olub, bundan sonra o, yas yerini tərk edib: “Yolda qabağımı kəsdilər, öz maşınlarına otuzdurdular, Duzdağ deyilən əraziyə gətirdilər. Həmin şəxslər mənim başıma torba keçirdilər, söyməyə, hədə-qorxu gəlməyə başladılar. Onlar mənə fiziki xəsarət yetirdilər, geyimlərimi cırdılar. Sonra da məni orada qoyub çıxıb getdilər”.

 

İ. İbrahimli faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1142

Oxşar yazılar