Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkənin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər.
Ehsan mərasimi “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Dövlət başçısı mərasimdə çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.
Sonra ehsan süfrəsi açılıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.