Əsgərliyə çağırışın yuxarı yaş həddi artırıla bilər
27 noyabr 2013 18:45 (UTC +04:00)

Əsgərliyə çağırışın yuxarı yaş həddi artırıla bilər

Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, hərbi qanunvericilikdə dəyişikliklər edilməsi üçün bir qrup deputat tərəfindən edilən təkliflər arasında bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklər layihəsi də təklif olunur.

 

Dəyişikliyə əsasən, qanunun 18-ci maddəsinin 2-ci bəndi bu variantda təklif olunur: “Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 40 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar”.

 

Xatırladaq ki, hazırkı varianta görə bu rəqəm 35 yaşdır.

 

Dəyişikliklər hərbi çağırış sisteminin NATO sisteminə uyğunlaşdırılması məqsədi daşıyır. NATO ölkələrində yuxarı yaş həddi bir sıra ölkələrdə 45 yaşdır.

 

Layihənin növbəti sessiyada Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855
avatar

Oxşar yazılar