ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) işğal olunmuş Dağlıq Qarabağa gediblər.
APA-nın xəbərinə görə, bu barədə öz “Twitter” səhifəsində amerikalı həmsədr C. Uorlik yazıb. Vasitəçilər Dağlıq Qarabağ separatçılarının lider ilə görüş keçirəcəklər.
Xatırladaq ki, həmsədrlər dekabrın 15-də Bakıda, dekabrın 16-da İrəvanda iki ölkənin rəhbərləri ilə görüşlər keçiriblər.