Həmsədrlər bəyanat yayıblar
04 mart 2013 19:31 (UTC +04:00)

Həmsədrlər bəyanat yayıblar

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İan Kelli (ABŞ) martın 2-si və 3-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirdikləri görüşlərin yekunları ilə bağlı birgə bəyanat yayıblar.

 

APA-nın məlumatına görə, həmsədrlər görüşlərdə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən və son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə etdiklərini bildiriblər. Onlar həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi üzrə ideyaları müzakirə ediblər.

 

“Həmsədrlər yaxın həftələrdə regiona səfər edərək, Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımları müzakirə edəcəklər”, - deyə bəyanatda bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar