Həmsədrlər Bərdə istiqamətinə keçiblər
05 aprel 2013 14:06 (UTC +04:00)

Həmsədrlər Bərdə istiqamətinə keçiblər

0

 

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər.


 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, Yan Kelli və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik hazırda Bərdə rayonundadır.

 

Qeyd edək ki, Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində bu gün keçirilən monitorinqi izləyiblər.

 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.

 

Onlar dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqi izləmişdilər.

 

ATƏT nümayəndələrinin bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri, sonda mətbuata açıqlama verəcəkləri gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar