ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında çıxış ediblər.
APA-nın xəbərinə görə, vasitəçilər danışıqlar prosesinin gedişi, xüsusən də Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın sonuna planlaşdırılan görüşü haqda Daimi Şuranı məlumatlandırıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə davam edəcəklərini bildiriblər.