Həmsədrlər Ağdamda nə görüblər?
05 aprel 2013 16:08 (UTC +04:00)

Həmsədrlər Ağdamda nə görüblər?

0

“ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altında olan Ağdam rayonunda hər yerin dağıdıldığını dedilər. Onlar bildirdilər ki, yalnız Ağdam məscidi tikanlı məftillərlə dövrəyə alınıb”.


APA-nın xəbərinə görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bu gün təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Mən ABŞ-dan olan həmsədrdən soruşdum ki, siz yenicə fəaliyyətə başlayan bir şəxs kimi Ağdam şəhərində edilən dağıntıları, vəhşilikləri gördünüzmü? O cavabında dedi ki, gördüm”.

 

N. Sadıqov ATƏT nümayəndələrinə son bir ayda ermənilər tərəfindən atəşkəsin pozulması halları barədə məlumat verdiyini də qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3156

Oxşar yazılar