Türkiyə milli komandasının və “Qalatasaray” klubunun sabiq futbolçusu Hakan Şükür Xocalı soyqırımı ilə bağlı mesaj yayımlayıb. Lent.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin deputatı bu barədə “Twitter” səhifəsində yazıb.
Mesajda bildirilir: “Xocalıda qətlə yetirilən 613 azəri qardaşımızın acısını 21-ci ildönümündə ürəyimizdə hiss edir və şəhid qardaşlarımızı rəhmətlə anırıq”.