“Azərbaycan bizim qonşumuz olmaqla yanaşı, həm də tarixi dostumuzdur”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
İ. Alasaniya bildirib ki, bugünkü səfər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsinin, inkişafının bir daha nümunəsidir: “Biz görüşümüzdə iki ölkə arasında hərbi əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq, ikitərəfli formatda əməkdaşlıq haqqında müzakirələr apardıq. Biz həmçinin üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı məsələlərinə dair söhbətlər etdik. Fürsətdən istifadə edib Azərbaycanın Respublika Günü münasibətilə həmkarımı və Azərbaycan xalqını təbrik edirəm, Azərbaycana daimi müstəqillik, inkişaf arzulayıram”.