Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edəcək.
APA-nın xəbərinə görə, bunu G. Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deyib. O bildirib ki, A. Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və G. Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq.
Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”.