Fevralın 20-də Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Quram Odişariya ilə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn arasında görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər mədəniyyət sahəsində gələcək münasibətlər və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Sonda Azərbaycan səfiri Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirinə Azərbaycan mədəniyyəti və musiqisindən bəhs edən hədiyyələr, eyni zamanda “Əli və Nino” əsərinə həsr olunan 2013-cü il təqvimini təqdim edib.