Gülər Əhmədova oğlunun ad günündə həbs olunub
14 fevral 2013 00:55 (UTC +04:00)

Gülər Əhmədova oğlunun ad günündə həbs olunub

Keçmiş deputat Gülər Əhmədovanın həbsi ilə bağlı daha bir detal üzə çıxıb.

 

Musavat.com-un keçmiş deputatın yaxınlarına istinadən verdiyi məlumata görə, ötən gün onun kiçik oğlu Tamerlanın ad günü imiş. Ailə ad gününü qeyd etməyə hazırlaşırmış. Lakin Gülər Əhmədovanın qəfil həbsi bütün planları pozub.

 

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova barəsində ötən gün Səbail rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5354
avatar

Oxşar yazılar