Frankfurtda Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib
25 fevral 2013 13:10 (UTC +04:00)

Frankfurtda Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib

Frankfutda Xocalı Soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbir TG Hessen, Avropa Azərbaycanlıları Konqresi, TAVD təşkilatı tərəfindən Frankfurt Mətbuat Evində təşkil edilib.  Tədbirdə millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdikləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmir və  1 milyon insanın evinə dönə bilmir.

 

Tədbirdə Türkiyənin Frankfurtdakı baş konsulu Ufuk Ekici,  proffesor, TAVD başqanı Hakkı Kəskin, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür çıxış edib. Çıxış edənlər qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyi də vurğulanıb.  

 

Mərasimdə “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu,  “Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunub.

 

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar