Eynulla Mədətli: “Ukraynanın yaranmış çətinliyi tezliklə dəf edəcəyinə əminik”
28 may 2014 15:26 (UTC +04:00)

Eynulla Mədətli: “Ukraynanın yaranmış çətinliyi tezliklə dəf edəcəyinə əminik”

“Ukraynanın yaranmış çətinliyi tezliklə dəf edəcəyinə əminik”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli 28 may – Respublika Günü münasibətilə "Ukrinform"da dərc olunan təbrik müraciətində bildirib. Səfir qeyd edib ki, adıçəkilən ölkə yeni seçilən prezident Pyotr Poroşenkonun rəhbərliyi ilə vahid ölkə kimi çiçəklənəcək və burada yaşayan böyük Azərbaycan diasporu Ukrayna cəmiyyətinin inkişafında fəal rol oynayacaq.

 

E. Mədətli onu da vurğulayıb ki, ölkəmizin cari ilin martında BMT Baş Assambleyasında Ukraynanın suveren hüquqlarına və ərazi bütövlüyünə birmənalı olaraq dəstək verməsi bir daha Azərbaycan Respublikasının Ukraynanın etibarlı tərəfdaşı olduğunu və belə olaraq qalacağını sübut edib: “İşğalın davam etməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, ölkəmiz qətiyyətlə həmin sabitlik və inkişaf kursunu davam etdirir”-deyə, səfirin 28 May Günü münasibəti ilə dərc olunan təbrikində deyilir.

 

http://www.ukrinform.ua/ukr/news/zvernennya_nadzvichaynogo_ta_povnovagnogo_posla_azerbaydganskoii_respubliki_v_ukraiini_eynulli_madatli_u_zvyazku_z_dnem_respubliki_1942366

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar