Əvəz Zeynallı: “Gülər Əhmədova  danışmaq istəyir”
28 fevral 2013 17:24 (UTC +04:00)

Əvəz Zeynallı: “Gülər Əhmədova danışmaq istəyir”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə.Zeynallı həbsdə olan sabiq deputat Gülər Əhmədovanın məhkəmədə yenidən dindirilməsi və istintaqın təzələnməsi barədə vəsatət verib. Ə.Zeynallı iddia edib ki, G.Əhmədova məhkəmədə danışmaq istəməsi barədə ona xəbər göndərib. Lakin onun vəsatəti təmin olunmayıb. Proses martın 6-da davam etdiriləcək.

 

Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

 

# 2016
avatar

Oxşar yazılar