Ermənistandan Azərbaycan və Türkiyəyə rəsmi dəvət gəldi
20 noyabr 2013 13:37 (UTC +04:00)

Ermənistandan Azərbaycan və Türkiyəyə rəsmi dəvət gəldi

Azərbaycan və Türkiyənin xarici işlər nazirliklərinin rəhbərləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) növbəti iclasına dəvət olunublar. Lent. az-ın məlumatına görə, bu barədə “news.am”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan açıqlama verib.

 

O bildirib ki, tədbirin bütün iştirakçılarına dəvət sivil ölkələr üçün standart prosedurdur. Bu zaman siyasi və digər fikir ayrılıqları nəzərə alınmır.

 

Qeyd edək ki, QDİƏT-in növbəti iclası dekabrın 12-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1778
avatar

Oxşar yazılar