Ərdoğan 60 yaşa çatdı
26 fevral 2013 15:43 (UTC +04:00)

Ərdoğan 60 yaşa çatdı

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 59 yaşı tamam olur, 60 yaşa qədəm qoyur.

 

Lent.az-ın verdiyi məlumata görə, 3 dönəmdir ki, Türkiyənin baş naziri postunun sahibi olan Rəcəb Tayyib Ərdoğan gəncliyində futbol həvəskarı olub, 1969-1982-ci illərdə həvəskar klublarda top qovub.

 

Lisey və universitetdə oxuduğu illərdə Milli Türk Tələbə Birliyinin fəal üzvlərindən olan Rəcəb Tayyib Ərdoğan 1976-cı ildə MSP-nin Beyoğlu gənclər təşkilatına və həmin il MSP-nin İstanbul gənclər təşkilatına sədr seçilib. 1980-ci ilə qədər bu vəzifələri icra edən Rəcəb Tayyib Ərdoğan daha sonra bir müddət özəl sektorda menecer kimi çalışıb. 1983-cü ildə Rifah Partiyası ilə fəal siyasətə dönüb, 1984-cü ildə Rifah Partiyasının Beyoğlu rayon təşkilatının sədri, 1985-ci ildə Rifah Partiyasının İstanbul rayon təşkilatının sədri olub. 1994-cü il martın 27-də keçirilən seçkilərdə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilib. Ancaq 1997-ci il dekabrın 12-də Siirtdə təşkil edilən bir mitinqdə çıxışına görə 10 ay azadlıqdan məhrum edilib. Rəcəb Tayyib Ərdoğan irq, din və məzhəb bölücülüyündə günahlandırılıb.

 

Rəcəb Tayyib Ərdoğan 4 aydan sonra həbsdən çıxıb, Ədalət və İnkişaf Partiyasını (AKP) qurub. Partiyası 2002-ci ildə keçirilən seçkilərdə parlamentdəki yerlərin 2/3-i qazanıb. Haqqındakı məhkəmə qərarı ilə bağlı millət vəkilliyinə namizədliyi əngəllənən Rəcəb Tayyib Ərdoğan qanuna əlavə ilə bu maneəni aşıb. O, 9 mart 2003-cü ildə Siirt vilayətində təkrar parlament seçkilərinə qatılıb və səslərin 85 faizini qazanaraq millət vəkili seçilib. 15 mart 2003-cü ildə baş nazir postuna əyləşib. AKP 22 iyul 2007-ci il parlament seçkilərində səslərin 46,6 faizini qazanıb və baş nazir olaraq Türkiyə Cümhuriyyətinin 60-cı hökumətini qurub. 2011-ci ilin iyununda AKP yenə səslərin 49,8 faizini qazanaraq hakim partiya statusunu qoruyub, Rəcəb Tayyib Ərdoğan da üçüncü dəfə baş nazir postunun sahibi olub...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Oxşar yazılar