Elmira Süleymanova prokurorluq orqanlarını tənqid edib
04 mart 2013 19:41 (UTC +04:00)

Elmira Süleymanova prokurorluq orqanlarını tənqid edib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) illik hesabatında prokurorluq orqanlarını ciddi tənqid edib.


 APA-nın məlumatına görə hesabatda bildirilir ki, ümumilikdə 2012-ci il ərzində prokurorluq orqanları ilə bağlı Müvəkkilin ünvanına 695 müraciət daxil olub.

 

Ombudsman tərəfindən aparılan təhlillər göstərib ki, prokurorluq orqanları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə cinayətkarlığa qarşı kəsərli mübarizə, sağlam iş mühitinin yaradılması, müasir tələblər səviyyəsində işləməyə qadir gənc kadrların bu orqanlara işə qəbul edilməsi, habelə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qurulması istiqamətində zəruri işlər görülüb.

 

Bununla yanaşı, bəzən barəsində ittiham elan edilmiş şəxslər haqqında məhkəmələr tərəfindən bəraət hökmlərinin çıxarılmasına, yaxud istintaqın gedişində kifayət qədər sübutların olmaması əsası ilə cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılmasına, həmçinin təhqiqat və istintaq orqanları tərəfindən eyni işlər üzrə qəbul edilmiş qərarların dəfələrlə ləğv edilməsinə və məhz bu səbəbdən istintaq aidiyyətinin dəyişdirilməsinə baxmayaraq, müvafiq prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə heç də həmişə ciddi tədbirlər görülmür. Məsuliyyət məsələsinə baxılmır”.

 

Ombudsman hesabatında onu da qeyd edir ki, məhz ibtidai araşdırmaya prosessual  rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra halda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilib: “Prokurorluq orqanlarının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iş üzrə vətəndaşları vaxtında məlumatlandırılmaması da vətəndaşların şikayətlərinə səbəb olub”.

 

Ombudsman hesabatında prokurorluq orqanlarına insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsi üçün diqqətin daha da artırılmasını tələb edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1475
avatar

Oxşar yazılar