Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib
03 iyul 2013 18:54 (UTC +04:00)

Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın  Azərbaycandakı səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov ölkələrimiz arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu dilə gətirib və ikitərəfli münasibətlərin genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.

 

Elmar Məmmədyarov İoannis Metaksasa gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. İoannis Metaksas Azərbaycan-Yunanıstan münasibətlərinin inkişaf etdirilməsi üçün potensialın olduğunu söyləyib. Ölkəmizdən xoş təəssüratla ayrılan İoannis Metaksas 28 iyun tarixində TAP boru kəməri ilə bağlı verilən qərarın tarixi qərar olduğunu vurğulayıb.

 

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar