Elmar Məmmədyarov Türkiyə və Türkmənistanın XİN rəhbərləri ilə görüşüb
26 may 2014 12:10 (UTC +04:00)

Elmar Məmmədyarov Türkiyə və Türkmənistanın XİN rəhbərləri ilə görüşüb

Bakıda Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və türkmənistanlı həmkarları Əhməd Davudoğlu və Rəşid Meredovla ikitərəfli görüş keçirib.


 

APA-nın məlumatına görə, görüşlərdə ölkələr arasında mövcud olan enerji layihələri, iqtisadi münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin gələcəkdə də bir-birini dəstəkləməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Ə. Davudoğlu və R. Meredov arasında keçiriləcək ikitərəfli görüşdən sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.

 

Görüşün yekununda nazirlər birgə bəyanat yayacaqlar.

 

Nazirlər arasında hər hansı sənədin imzalanması gözlənilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar