Elmar Məmmədyarov Kanada parlamentinin nümayəndələri ilə görüşüb
04 aprel 2013 17:17 (UTC +04:00)

Elmar Məmmədyarov Kanada parlamentinin nümayəndələri ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyətindən məmnunluğunu bildirib.

 

Xarici işlər naziri parlament diplomatiyasının effektivliyini qeyd edərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından iki ölkənin parlamentləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıb və bu səfərin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyini bildirib.  Barri Devolin isə ölkəmizdə gedən dinamik iqtisadi inkişafdan təsirləndiyini söyləyib. Azərbaycan-Kanada əməkdaşlığının müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı və neft-qaz sahələrində inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu söyləyən Barri Devolin Azərbaycanda tolerantlıq ənənələrinin və çoxmədəniyyətliliyin əhəmiyyətini qeyd edib.

 

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar