Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 18-də Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanın dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.