Əli Həsənov xarici QHT-lərdən danışdı
04 aprel 2013 18:30 (UTC +04:00)

Əli Həsənov xarici QHT-lərdən danışdı

0

“Milli Demokratiya İnstitutunun, o cümlədən digər xarici QHT-lərin Azərbaycanda fəaliyyətini tənzimləyən qanunlar var.


 

 Bu qanunlara əməl edəcəyi təqdirdə bütün beynəlxalq QHT-lərə Azərbaycanda fəaliyyət göstərmək üçün şərait yaradılacaq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Şöbə müdiri bildirib ki, bununla yanaşı, Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti və ölkənin bu sahə ilə məşğul olan qurumları ölkə qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan beynəlxalq QHT-lərlə əməkdaşlığı dayandıracaq: “O qurumların Azərbaycanda fəaliyyətinə imkan verməyəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar