Əli Həsənov İspaniyanın nüfuzlu agentliyinin redaktoru ilə görüşüb
17 dekabr 2013 11:09 (UTC +04:00)

Əli Həsənov İspaniyanın nüfuzlu agentliyinin redaktoru ilə görüşüb

0

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İspaniyanın, bütövlükdə Avropanın ən nüfuzlu informasiya agentliklərindən olan “EFE” agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonso ilə görüşüb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

 

Görüşdə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Ə. Həsənov son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qaldıqlarını deyib.

 

 Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran baş nazirin müavini Xocalı soyqırımı barədə də qonağa məlumat verib.

 

 Ə. Həsənov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir.

 

Qonaq isə səfərinin əsas məqsədinin Azərbaycan xalqının zamanla üzləşdiyi faciələri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib və görüşdə əldə etdiyi məlumatların ona bu işində çox böyük kömək göstərəcəyini vurğulayıb. Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən qonaq Bakının müasirliyin və qədimliyin vəhdət təşkil etdiyi şəhər olduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar