Əli Həsənov: “Biz Rusiya üçün Ermənistandan daha əhəmiyyətli və faydalıyıq”
08 may 2014 13:25 (UTC +04:00)

Əli Həsənov: “Biz Rusiya üçün Ermənistandan daha əhəmiyyətli və faydalıyıq”

“Ermənilər Şuşanı işğal altında saxlamaqla nə qazanır? Heç bir şey. Biz hesab etmirik ki, Rusiya Ermənistana bizdən daha yaxşı münasibət bəsləyir. Təbii sərvəti yox, beynəlxalq nüfuzu yox”.


 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində çıxışı zamanı deyib. Ə. Həsənov bildirib ki, Azərbaycan Rusiya üçün daha əhəmiyyətlidir: “Azərbaycan Rusiyanın tərkibində müəyyən müddət olub. Biz bu gün xalq olaraq, Rusiya üçün daha əhəmiyyətli və daha faydalıyıq. Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün hallarda dünya ermənilərin ikiüzlülüyündən yaltaqlığından istifadə edir. Ancaq müasir dünyada bunların artıq əhəmiyyəti qalmayıb. Bu baxımdan hesab edirəm ki, bugünkü Ermənistan Rusiya üçün tam faydasızdır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar