Eldar Sabiroğlu Ermənistanın iddiasına münasibət bildirdi
11 aprel 2013 13:33 (UTC +04:00)

Eldar Sabiroğlu Ermənistanın iddiasına münasibət bildirdi

0

“Son zamanlar cəbhədəki atışmalar nəticəsində hər iki tərəfdən itkilərin olduğu hamıya məlumdur. Ancaq burada diqqəti cəlb edən xüsusi bir məqam var ki, hökmən üzərində dayanmağa ehtiyac duyulur. Çünki yalan informasiyalar yaymağı düşmən artıq ənənəyə çevirib”.


 

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq bildirib. Ermənistan Müdafiə Nazirliyinin son zamanlar cəbhədə itki verilən ərazilərdə atəşkəsin pozulmaması, baş verənlərin Azərbaycanın təxribatı olması barədə bəyanatlarına münasibət bildirən E. Sabiroğlu bunları deyib: “Təmas xəttində atışmalar zamanı Azərbaycan tərəfdən həlak olan və yaralanan hərbi qulluqçular barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayan kimi Ermənistanın Müdafiə Nazirliyi dərhal reaksiya verərək, adı çəkilən cəbhə bölgəsində ümumiyyətlə, atəşkəsin pozulmadığını qeyd edir və hətta bizi həyasızcasına təxribatda günahlandırır: “Məqsəd nədir? Hiyləgər düşmən bununla Azərbaycan ictimaiyyətində yanlış fikir formalaşdırmağa çalışır və bunu nəyə görə etdiyi aydındır. Yalan onun canında, qanındadır. Onlar Xocalıdakı soyqırımı da beləcə danmağa cəhd göstərir və bu cinayəti özlərindən kənarlaşdırmaq üçün müxtəlif iftiralar uydururlar. Erməni yalanı indinin işi deyil. Bu, onların tarixi vərdişləridir. Düşmən bilməlidir ki, bu cür axmaq metodla Azərbaycan cəmiyyətində kimisə inandıra bilməz. Bu səbəbdən də özünü hədər yerə yormasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1609

Oxşar yazılar