Bu gün Ədalət Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, qurumun mərkəzi qərargahında keçirilən və Ali Məclisin sədri Fikrət Hüseynovun apardığı iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb. Partiya sədrinin təqdimatına uyğun olaraq Ali Məclis Rusvat Bayramovu Mətbuat və informasiya, Ayaz Əfəndiyevi Təşkilati, Heydər Həşimovu (Heydər Oğuz) İdeoloji məsələlər üzrə sədr müavini vəzifələrinə təsdiq edib. Bundan başqa, Mütəllim Rəhimli Təşkilati məsələlər üzrə sədr müavini vəzifəsindən azad edilərək, partiyanın Aparat rəhbəri təsdiq olunub.
Sonda Ali Məclis partiyanın növbəti qurultayının bu il iyunun 8-də keçirilməsi barədə qərar qəbul edib və ona hazırlıqla bağlı İlyas İsmayılovun sədrliyi ilə Təşkilat Komitəsi yaradıb.