Dumanın deputatı: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü çox geriyə atıb"
29 may 2014 23:25 (UTC +04:00)

Dumanın deputatı: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü çox geriyə atıb"

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll olunmasında daha fəal olmalıdır. Qarabağ münaqişəsi çox kəskindir və bunun həllini sonraya saxlamaq olmaz".

 

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyev mayın 29-da "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perspektivlər " adlı dəyirmi masada çıxışı zamanı bildirib.

 

 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır: "Bu münaqişə Ermənistanın özünü çox geriyə atıb. Ermənistan hakimiyyəti ya bunu görmür, ya da görmək istəmir. Bu konfliktə görə Ermənistanda həyatın bütün sahələri böyük ziyan görür. 

 

Hər kəsə məlumdur ki, Azərbaycan hansı templə inkişaf edir. Ermənistan da Azərbaycanın bu inkişafından bəhrələnə bilər. Lakin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı inkişafdan kənarda qoyub.  Azərbaycanla münaqişənin tənzimlənməsi Ermənistanda iqtisadiyyatın dirçəlməsinə, sosial sahənin inkişafına ciddi təkan verə bilər". 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar