Deputatlarımız Fransaya gedirlər
27 noyabr 2013 10:02 (UTC +04:00)

Deputatlarımız Fransaya gedirlər

Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev  AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Lent. az-ın məlumatına görə, forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət  idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.

Tədbir noyabrın 29-da başa çatacaq.

Deputat Rafael Hüseynov həmçinin, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcək. İclasda millət vəkili Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər məsələlərə münasibətini bildirəcək.

Səfər dekabrın 5-də başa çatacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar