Corc Buş Azərbaycana gələcək
12 aprel 2013 15:44 (UTC +04:00)

Corc Buş Azərbaycana gələcək

ABŞ-ın sabiq prezidenti Corc. H. Buşun nəvəsi Corc P. Buş Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.


 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, səfər zamanı nəvə Buşun Dünya Azərbaycanlı Gəncləri Təşkilatı ilə birgə təşkil olunan Gələcəyin Liderləri panel sessiyasında çıxışı planlaşdırılır.

 

Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən həyata keçirilir. Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691

Oxşar yazılar