“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılması ABŞ-ı məmnun edə bilməz”.
Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, bu, ABŞ dövlət katibi Con Kerrinin Serj Sarkisyanın ikinci müddətə prezident seçilməsi ilə bağlı ona göndərdiyi təbrik məktubunda yer alıb.
Con Kerri Serj Sərkisyandan münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün qarşıdakı 5 ildə ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək verməyə davam etməyi xahiş edib. Dövlət katibi Serj Sərkisyanı ölkədə demokratik və iqtisadi islahatları davam etdirmək üçün ABŞ-la birgə işləməyə də çağırıb.