Çexiyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı
03 yanvar 2014 13:27 (UTC +04:00)

Çexiyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Vitezslav Pivonka (Vitezslav Pivonka) Çexiyanın Azərbaycandakı yeni səfiri təyin olunub.


 

Çexiyanın Azərbaycandakı səfiri kimi səlahiyyətlərini başa vuran Radek Matula APA-ya bildirib ki, V. Pivonka Bakıya yanvar ayının sonunda gələcək.

 

V. Pivonka Çexiya XİN strukturunda 1999-cu ildən çalışır. 2002-2005-ci illərdə Çexiyanın Slovakiyanın Koşitsa şəhərindəki baş konsulu vəzifəsini icra edib, 2006-cı ildən 2011-ci ilə kimi isə Çexiyanın Ukraynadakı səfirinin müavini olub.

 

Qeyd edək ki, R. Matula səlahiyyətlərini artıq başa vurur, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 16-da onu qəbul edib. R. Matula 5 il müddətində ölkəsinin Azərbaycandakı səfiri olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar