Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımı haqqında qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib. O bildirib ki, sənəddə Xocalıda həyata keçirilən etnik təmizlik qınanır, törədilən cinayətlər soyqırım kimi qiymətləndirilərək pislənir və bir sıra ölkələrin Xocalı soyqırımını pislədiyi xatırladılır. Sənəddə Dağlıq Qarabağın da daxil olduğu Azərbaycan dövlətinin ərazi bütövlüyünə dəstək ifadə olunub.
Xatırladaq ki, Çexiya parlament komitəsinin qərarı bu il Xocalı soyqırımı barədə beynəlxalq arenada qəbul olunan altıncı qərardır.