Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını açıq elan edən Ali Məclisin sədri Əjdər Əliyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Təşkilati məsələlərin müzakirəsindən sonra BQP başqanı, millət vəkili Fazil Mustafa ölkədəki ictimai-siyasi durum barədə məruzə ilə çıxış edib. Daha sonra partiyanın bələdiyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Ali Məclis səs şoxluğu ilə BQP-nin bələdiyyə seçkilərində iştirakına qərar verib