BMT-də Xocalıyla bağlı sənəd yayılacaq
23 fevral 2013 11:48 (UTC +04:00)

BMT-də Xocalıyla bağlı sənəd yayılacaq

 

Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli BMT İnsan Haqları Şurasının prezidentinə Xocalı soyqırımının ildönümü münasibətilə məktubla müraciət edib.


 

 

APA-nın məlumatına görə, məktubda Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətllər və soyqırımı törətməsinə dair faktlar, müxtəlif kütləvi informasiya vasitələri, jurnalistlər və qeyri-hökumət təşkilatlarından sitatlar, “Xocalıya ədalət” kampaniyası barədə məlumat yer alıb.

 

Məktubda dövlətlərin insan haqlarını pozan və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb etməsi haqqının olduğu vurğulanır. Məktub BMT İnsan Haqları Şurasının 22-ci sessiyasında rəsmi sənəd kimi yayımlanacaq.

 

Analoji məktublar BMT-nin İnsan Haqları üzrə Ali Komissarına, Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərə də göndərilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar