Bir qrup gənc Novxanıda ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirdə saxlanılsalar da, daha sonra sərbəst buraxılıblar.
Musavat.com-un məlumatına görə, bu barədə VHP Gənclər Təşkilatının sədri Samir Əsədli deyib.
O qeyd edib ki, seminarda iştirak etdikləri vaxt otelə daxil olan polis 15-ə qədər gənci tədbir yerindən uzaqlaşdıraraq, maşınlarla yola çıxarsa da, az sonra yenidən otelə qaytarıb.
Martın 10-da keçirilməsi planlaşdırılan aksiya iıə bağlı “facebook” sosial şəbəkələrində çağırış səhifəsi yaradanlardan olan İlkin Rüstəmzadənin də saxlanıldığı barədə “facebook”da məlumat yayılıb. Xətai rayon Polis İdarəsindən isə lent.az-a İ. Rüstəmzadənin saxlanıldığını təsdiqləməyiblər.