Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlardan Asim Mollazadə və Sahibə Qafarova martın 5-dən 16-dək ABŞ-a səfər edəcəklər.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, millət vəkilləri Vaşinqton şəhərində, Texas ştatında olacaq, bu ölkənin konqresmenləri, qubernatorlar və müxtəlif fraksiyaların nümayəndələri ilə görüşlər keçirəcək, ölkələrimiz arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparacaq, Azərbaycanın iqtisadi inkişafı, parlamentdə qəbul edilən yeni qanun layihələri barədə ətraflı məlumat verəcəklər.