Binəqədidə “Soyqırımı abidəsinin dastanı”
25 fevral 2013 17:04 (UTC +04:00)

Binəqədidə “Soyqırımı abidəsinin dastanı”

Bakının Binəqədi rayonundakı 284 saylı orta məktəbdə Xocalı faciəsi anılıb. Lent.az-ın məlumatına görə,  fevralın 25-də rayon ictimaiyyətinin iştirakı ilə 284 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə “Soyqırımı abidəsinin dastanı” adlı tamaşa nümayiş olunub. İlk öncə rayon məktəbləri arasında “Müharibə uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin çəkdiyi rəsmlərin sərgisinə baxış keçirilib.

 

Daha sonra tamaşanın nümayişi başlayıb. Tamaşa tarix boyu erməni terrorçularının Azərbaycan və türk xalqlarına qarşı törətdikləri insanlığa xas olmayan soyqırımın tarixindən və 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş soyqırımından bəhs edib. 

 

Rayon İcra Hakimiyyəti tərəfindən Goradil qəsəbəsində yerləşən Evtikmə Kombinatında məskunlaşmış Xocalıdan olan sakinlərlə də görüş keçirilib. Görüş zamanı Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 45 şəhid ailəsinə humanitar yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar